• Bakı 23° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Cahid Şahbazov xəstəsini KOR ETDİ - VİDEO

CƏMİYYƏT

19 Iyun 2025 | 15:02

Cahid Şahbazov xəstəsini KOR ETDİ - VİDEO

Sosial şəbəkədə tanınmış göz həkimi Cahid Şahbazovla bağlı şikayət paylaşılıb.

Bakıvaxtı.az xəbər verir ki, 1 il öncə əməliyyat etdiyi və əməliyyatdan sonra sol gözündə görmə qabiliyyətini itirən qadın dövlət başçısına müraciət edib.

Onun sözlərinə görə, Cahid Şahbazov tərəfindən aparılan yanlış göz müayinəsi, təyin olunan yanlış göz xəstəliyi diaqnozu və icra olunan savadsız əməliyyatın nəticəsində sol gözü yararsız hala düşüb.

Zərərçəkmiş bildirib ki, sol gözündə görmə qabiliyyətinin itirilməsi, əzələ və sinirlərinin iflic olması səbəbindən bir ildən artıqdır ki, şiddətli ağrılardan əziyyət çəkir.

O, hüquq və mühafizə orqanlarının təyin etdiyi tibbi ekspertiza nəticəsində əməliyyatdan öncə gözündə Cahid Şahbazovun təyin etdiyi xəstəlik diaqnozu ilə bağlı heç bir problemin olmadığını, gözünün tamamilə sağlam olduğunu söyləyib.

“Tibbi ekspertiza 3 dəfə bununla bağlı günah verib. Ancaq Səbail rayon Prokurorluğunda həkimə 3 dəfə günah verilməsi, həmçinin bir çox sübutların, faktların olmasına baxmayaraq, işim məhkəməyə təhvil verilmir.

Sizdən çox xahiş edirəm ki, işimin yekunlaşdırılması, tez bir zamanda məhkəməyə verilməsi üçün mənə kömək edəsiniz. Mənim kimi yüzlərlə belə zərərçəkən adam var. Cahiz Şahbazov isə həmin xəstələrə ancaq bir cavab verir ki, "Siz mən heç nə edə bilməzsiniz, çünki güclü vəkillərim var". Mənə bu məsələdə yardımçı olmağınızı xahiş edirəm”,- şikayətçi müraciətində bildirib.

 


SON XƏBƏRLƏR