• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Agentlikdən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

28 Oktyabr 2025 | 17:16

Agentlikdən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Bakıvaxtı.az-a Agentlikdən bildirilib.

Xəbərdarlığa əsasən, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır.


SON XƏBƏRLƏR