• Bakı 25° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

AHİK əməkdaşları üçün beynəlxalq IOSH təlimi keçirilib

CƏMİYYƏT

01 Sentyabr 2025 | 20:03

AHİK əməkdaşları üçün beynəlxalq IOSH təlimi keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqları əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, budəfəki proqram işçi sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq nüfuza malik IOSH (Institution of Occupational Safety and Health) sertifikatı üzrə təşkil olunub. Təlim çərçivəsində iştirakçılara əməyin mühafizəsi, təhlükəsizlik standartları, risklərin idarə olunması və qabaqcıl beynəlxalq təcrübələr haqqında praktiki bilgilər təqdim edilib.

Prosesdə AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları iştirak ediblər. Onlara əldə etdikləri bilikləri iş yerlərində tətbiq etməklə əməkdaşların sağlamlığı və təhlükəsizliyinin təmin olunmasına töhfə vermək imkanı yaradılıb.

Təlimin sonunda iştirakçılara beynəlxalq səviyyədə tanınan IOSH sertifikatı təqdim olunacaq.

 


SON XƏBƏRLƏR

01 Sentyabr 2025