• Bakı 21° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Aİ-nin Ermənistandakı missiyası genişləndirilə bilər

DÜNYA

01 Noyabr 2023 | 15:58

Aİ-nin Ermənistandakı missiyası genişləndirilə bilər

“Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının tərkibinin genişləndirilməsi məsələsi ilin sonuna qədər Brüsseldə müzakirə ediləcək”.

Bakıvaxtı.az  “Armenpress”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter deyib. 

Onun sözlərinə görə, hazırda missiyaya ittifaqa üzv olan 23 ölkənin nümayəndəsi daxildir: “Missiyaya Aİ-nin bütün 27 üzv ölkəsinin nümayəndələrinin daxil edilməsi imkanları mövcuddur”. 

Avropa İttifaqına üzv olmayan ölkələrin missiyaya qoşulması imkanlarından danışan Ritter xatırladıb ki, Kanada sözügedən missiyaya qoşulmaq barədə qərar qəbul edib: “Başqa ölkələr də bunda maraqlı olsa, bu məsələ Brüsseldə nəzərdən keçiriləcək və müzakirə ediləcək”.

Qeyd edək ki, bu gün Yeğeqnadzor rayonunda Aİ-nin Ermənistandakı missiyasının baş ofisinin açılışı baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR