İspaniyanın paytaxtı Madriddə helikopterin qəzaya düşməsi nəticəsində yaralananlar var.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “El Mundo” yayıb.
Məlumata görə, helikopter aviasiya sərgisində iştirak edib. Bildirilib ki, ekipaj üzvlərindən biri omba nahiyəsindən zədə alıb, o biri isə yüngül xəsarət alaraq helikopterdən sərbəst şəkildə çıxıb.
Qəzaya güclü küləyin səbəb olması dəqiqləşdirilir.
















