• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türk diplomatı qətlə yetirmiş terrorçu MƏHV EDİLDİ

DÜNYA

31 Dekabr 2023 | 13:25 | Müəllif: Subhan Mahmudov

Türk diplomatı qətlə yetirmiş terrorçu MƏHV EDİLDİ

İraqda türkiyəli diplomat Osman Kösenin qətlə yetirildiyi cinayətin iştirakçısı "Renas Derik" kod adlı PKK-çı Cəmil Akar Milli İstehbarat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək, Cəmil Akar 2014-cü ilin sonlarında qanunsuz şəkildə Türkiyədən Suriyaya keçib və terror təşkilatına qoşulub. O, PKK/KCK-nın "xüsusi qüvvələr" adlanan strukturunda fəaliyyət göstərib. 2017-ci ildə Mahmurda kəşfiyyat təlimi keçib. Ərbil hücumundan əvvəl o, digər cinayət iştirakçıları ilə görüşmək və aksiyanı planlaşdırmaq üçün kənddən Mahmur düşərgəsinə gedib.

Xatırladaq ki, 2019-cu ilin iyulun 17-də türkiyəli diplomat Osman Köse İraqın Ərbil şəhərində restoranda terrorçuların hücumuna uğrayaraq şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026