ABŞ öz qoşunlarını Suriyadan çıxarmaq niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland CNN Türk telekanalına müsahibəsində bildirib.
Nuland qeyd edib ki, İstanbulda kilsəyə edilən son hücum İŞİD-in hələ də aktiv olduğunu göstərdi, ona görə də ABŞ Türkiyə ilə əməkdaşlıq edərək istər İraqda, istərsə də Suriyada terrorla mübarizəni davam etdirməlidir.
O, həmçinin İordaniyada ABŞ qüvvələrinə hücumları xatırladıb və bildirib ki, bu, həm də ABŞ-Türkiyə əməkdaşlığının gücləndirilməsinin vacibliyini göstərir.
Günəş Mərd
















