• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Trampa daha bir zərbə

DÜNYA

29 Fevral 2024 | 12:51

Trampa daha bir zərbə

ABŞ-ın daha bir ştatı keçmiş prezident Donald Trampa praymerizdə iştirak etməyi qadağan edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, İllinoys ştatının Kuk dairəsinin hakimi Tracie Porter Donald Trampın 6 yanvar 2021-ci ildə ABŞ-ın Kapitoliyə basqınındakı roluna görə martın 19-da ştatda Respublikaçı namizədlərin mübarizə aparacağı ilkin seçkilərdə səsvermə bülletenindən uzaqlaşdırılmasına qərar verib.

Porter Trampın etiraz edə biləcəyi ehtimalını nəzərə alaraq qərarı təxirə salıb. Yekun qərar sabah veriləcək.

Xatırladaq ki, Tramp 2021-ci ildə Konqres reydində oynadığı rola görə Konstitusiyanın 14-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq ona Kolorado və Men ştatlarında ilkin seçkilərə qatılmaq qadağan edilib. Tramp hər iki qərardan apellyasiya şikayəti versə də, onun ərizələri hələ yekunlaşmayıb.

Daha əvvəl Miçiqan ştatında keçiriləcək praymerizlərə qadağa qoyulan Tramp bu qərara etiraz etmişdi. Etirazı qəbul edilən Trampın adının Miçiqan ştatında bülletenlərdə yer alacağı açıqlanmışdı. Fevralın 28-də ştatda Respublikaçı namizədlərin yarışdığı ilkin seçkidə Tramp yeganə rəqibi Nikki Heyli üzərində açıq-aşkar üstünlük əldə etmiş və indiyə qədər daxil olduğu 5 praymerizin hamısında seçicilərin dəstəyini qazanmağı bacarmışdı.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024