• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Serbiyada rəngli inqilab cəhdi... - Vuçiç

DÜNYA

31 Dekabr 2023 | 10:39 | Müəllif: Subhan Mahmudov

Serbiyada rəngli inqilab cəhdi... - Vuçiç

Serbiyada rəngli inqilab cəhdi vətəndaşların müxalifətə zəif dəstəyinə görə uğur qazanmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç müxalifətin mitinqləri barədə danışarkən deyib.

"İnqilab olmayacaq. İnqilabın gerçəkləşməsi üçün texnologiya və riyaziyyat kifayət deyil. Siyasət mahiyyətdir, həyatdır, qanunauyğunluqdur. Bu qədər az dəstək faizi ilə güc əldə edə bilməzsiniz. İnsanlardan daha çox müqavimət alacaqsınız", - prezident vurğulayıb.

Qeyd edək ki, 24 dekabrdan Serbiyada seçki nəticələrinə etiraz edən qərbyönlülərin aksiyaları başlayıb və sonradan iğtişaşlara çevrilib. Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə vətəndaşlarına müraciətində Belqradı gözlənilən iğtişaşlarla bağlı xəbərdar edən digər dövlətlərin partnyor xüsusi xidmət orqanlarına təşəkkür edib.

Serbiyanın Baş naziri Ana Brnabiç isə gözlənilən iğtişaşlarla bağlı məlumatlara görə Rusiya kəşfiyyat xidmətlərinə təşəkkür edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR