Qətər Yəmən husiləri ilə danışıqlarda iştirak etməsə də, regionda gərginliyi azaltmaq üçün İrana təzyiq edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani deyib.
"Qətər husilərlə danışıqlarda vasitəçi rolunu oynamır. Biz İrana regionda təhlükəsizlik vəziyyətinin gərginliyini azaltmaq üçün təzyiq edirik", - deyə o bildirib.
















