Azərbaycan və Ermənistan keçmişi arxada qoymaq və irəliləmək üçün cəsarətli addımlar atıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistandan olan həmkarları ilə üçtərəfli görüşdən öncə deyib.
“Almaniya Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərin sülh yolu ilə və güc tətbiq edilmədən həllini təmin etməyə sadiqdir. Bu məqsədlə iki ölkə arasında sülh danışıqlarının tez bir zamanda yekunlaşması vacibdir”, - Berbok qeyd edib.