• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İnsan hüceyrələrinin qocalmasını dayandırmağın üsulu müəyyənləşib

DÜNYA

29 Mart 2024 | 17:29

İnsan hüceyrələrinin qocalmasını dayandırmağın üsulu müəyyənləşib

Elm adamları “ölməz” tardiqradların zülallarından istifadə edərək insan hüceyrələrinin qocalmasını dayandırıblar.

Bakıvaxtı.az bu barədə "Gazeta.ru"ya istinadla xəbər verir ki, Vayominq Universitetindən və digər elmi qurumlardan olan amerikalı bioloqlar tardiqrad zülallarını insan hüceyrələrinə daxil etdikdə nə baş verəcəyini müəyyən ediblər.

Tardigradlar inanılmaz dözümlülükləri və ən ekstremal mühitlərdə, o cümlədən kosmosda sağ qalmaq qabiliyyəti ilə tanınan kiçik onurğasız canlılardır. Onların xarici təsirlərə tab gətirə bilmələri toxumalarını gelə çevirmək qabiliyyəti ilə bağlıdır.

Komanda toxumaları qurumadan qoruyan CAHS D adlı xüsusi bir protein üzərində cəmləşib.

Tədqiqatçılar müxtəlif üsullardan istifadə edərək, CAHS D-nin molekulları qoruyaraq stres altında hüceyrələrin gelləşməsinə səbəb olduğunu göstəriblər.

Təcrübələr göstərdi ki, CAHS D insan hüceyrələrinə daxil edildikdə, zülal da gel əmələ gətirir, maddələr mübadiləsini müvəqqəti dayandırır və toxumanı “biostaz” kimi tanınan vəziyyətə gətirir.

Bioloqlar qeyd ediblər ki, tardiqrad zülallarının təsiri tamamilə geri çevrilir - gellər əriyir və hüceyrələr normal fəaliyyətə qayıdır.

Tədqiqatçılar ümid edirlər ki, CAHS D-nin xüsusiyyətləri genetik xəstəliklərin müalicəsində istifadə olunan qan əsaslı dərmanları stabilləşdirəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Aprel 2024