• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Britaniyada elektron siqaretlər qadağan ediləcək

DÜNYA

29 Yanvar 2024 | 23:30 | Müəllif: Subhan Mahmudov

Britaniyada elektron siqaretlər qadağan ediləcək

Britaniya hökuməti ölkədə birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron siqaretlərin satışını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin bəyanatında deyilir.

Qeyd olunur ki, qadağanın Britaniyada iki il ərzində birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən doqquz dəfə artması fonunda tətbiq olunması istənilir.

Qanun layihəsi, həmçinin elektron siqaret mayelərində olan dadın məhdudlaşdırılması və yeniyetmələri cəlb etməsin deyə elektron siqaretlərin mağazalarda reklamının qarşısını almağı nəzərdə tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026