• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yeni prezident fövqəladə vəziyyət elan etdi

DÜNYA

30 Yanvar 2024 | 10:14 | Müəllif: Qalib İbrahimoğlu

Yeni prezident fövqəladə vəziyyət elan etdi

Liberiyada yeni prezident Cozef Boakai ölkəsində gənclər arasında narkotik istifadəsi geniş yayıldığı üçün “milli sağlamlıq fövqəladə vəziyyət” elan edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə Liberiyada vəzifəsinin icrasına başlayan prezident Boakai ölkə parlamentində xalqa ilk müraciətini edib.

Boakai ölkədə geniş yayılmış narkotik istifadəsinin narahatlıq doğurduğunu bildirərək bunun ölkənin gəncliyini və gələcək nəslini məhv etdiyini bildirib.

Ölkədə narkotik istifadəsi ilə əlaqədar "milli sağlamlıq fövqəladə vəziyyət" elan edən Boakai qeyd edib ki, Səhiyyə Nazirliyi, Narkotiklərlə Mübarizə Agentliyi, Gənclər və İdman Nazirliyi narkomaniya ilə mübarizə üçün "çox sektorlu" komandanın bir hissəsi olacaq.

İddiaya görə, Liberiyada narkotik istifadəsi bir çox gənclər arasında geniş yayılıb və onların həyatını məhv edir.

Xatırladaq ki, təxminən, 5,2 milyon əhalisi olan ölkədə prezident seçkilərinin birinci turu 20 namizədin iştirakı ilə 2023-cü il oktyabrın 10-da keçirilib. 2023-cü il noyabrın 14-də Liberiyada keçirilən seçkinin ikinci turunda qalib gələn Boakai yanvarın 22-də and içib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026