Müxalifətin aparıcı simalarından biri və Çad prezidentinin əmisi general Sale Debi İtno ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək prezident administrasiyasına aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tchad One" portalı məlumat yayıb. Həbs generalın evinə basqın edildikdən sonra baş verib. Fevralın 10-da o, Çadın əsas müxalifət partiyası olan Sərhədsiz Sosialist Partiyasına (SPS) qoşularaq hakim Vətənpərvər Qurtuluş Hərəkatı (PMS) partiyasını tərk edib. Əvvəllər PMS-yə generalın böyük qardaşı, vəfat etmiş eks-prezident İdris Debi İtno rəhbərlik edirdisə, indi ona onun oğlu prezident Mahamat İdriss Debi İtno rəhbərlik edir.
KİV bildirir ki, Sale Debi İtnonun evinə basqın zamanı LNG sədri Yaya Dillo öldürülüb və cəsədi naməlum istiqamətə aparılıb.