• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Rusiyaya qarşı yeni sanksiyalar

DÜNYA

29 Fevral 2024 | 09:31

Rusiyaya qarşı yeni sanksiyalar

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters sanksiyaların yeni mərhələsini açıqlayıb.

Rusiyaya qarşı sanksiyalarda aşağıdakıları nəzərdə tutulur:

1. Rusiya nefti üçün G7+ qiymət limitlərinin tətbiqi;

2. Qadağan olunmuş malların üçüncü ölkələr vasitəsilə Rusiya və Belarusa ixracına qadağa qoyulması;

3. Fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar;

Sanksiyalardan yayınan satınalma şəbəkələrində iştirak edənlər də daxil olmaqla, daha 61 Rusiya fiziki və qurumuna qarşı sanksiya tətbiq edilib.

U.Peters eyni zamandaYeni Zelandiyanın Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsini qətiyyətlə qınadığını vurğulayıb.  

Günəş Mərd


SON XƏBƏRLƏR

07 Sentyabr 2024