İzmirdə balıqçı gəmisi batıb.
Bakıvaxtı.az-ın İHA-ya istinadla xəbər verir ki, hadisə Dikili rayonu sahillərində qeydə alınıb. Hadisədə qayıqda olan 10 nəfərdən 3-nün cəsədi tapılıb, itkin düşən 2 nəfərin axtarışları davam edir. 5 nəfər isə xəsarət alaraq xilas olub.
Hadisə gecə saat 02:00 radələrində baş verib.
Sahil Təhlükəsizlik Komandanlığına aid 3 qayıq və 1 helikopterlə axtarış-xilasetmə işləri davam edir.
Murad Məmmədli
Bakı 



