Ermənistanda "Zvartnots" hava limanında "Vətənin Gücü" partiyasının sədri Tiqran Arzakantsyan Dubaya gedərkən saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda erməni mətbuatı məlumat yayıb.
Onun çantasında naməlum növ odlu silah üçün 16 patron aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb.
















