• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Aİ rəsmisi Ermənistan və Azərbaycan arasındakı sülh prosesini müzakirə edib

SİYASƏT

21 Mart 2025 | 16:00

Aİ rəsmisi Ermənistan və Azərbaycan arasındakı sülh prosesini müzakirə edib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Çex Respublikasının xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Maqdalena Qrono bu barədə “X”də paylaşım edib.

Aİ-nin xüsusi nümayəndəsi bildirib ki, görüşlər zamanı əsas diqqət regionda sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına yönəlib.

Maqdalena Qrono Yan Lipavski ilə Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqa dəstəyinin vacibliyini müzakirə edib. O, həmçinin Aİ-nin bu prosesə davamlı dəstəyinin əhəmiyyətini vurğulayıb və ötən həftə sülh sazişi danışıqlarının yekunlaşdırılması ilə bağlı verilən açıqlamaların önəmini qeyd edib.


SON XƏBƏRLƏR

23 Aprel 2025