Avropa İttifaqı Şurası Rusiya və Belarusdan gələn və hələ də əlavə gömrük rüsumlarına məruz qalmayan kənd təsərrüfatı məhsulları və bəzi gübrələr üzrə yeni tariflər tətbiq edən qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tariflər Rusiyanın ixrac gəlirlərini azaldacaq və onun Ukrayna ilə müharibədə maliyyələşmək imkanlarını məhdudlaşdıracaq:
"Məqsəd bu idxaldan Aİ-nin asılılığını, həmçinin Rusiyanın ixrac gəlirlərini azaltmaq və bununla da Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək imkanını məhdudlaşdırmaqdır.Gübrələrə tarif artımları üç illik keçid dövrü ərzində tədricən həyata keçiriləcək".
Qərar iyulun 1-dək qüvvəyə minəcək. Qüvvəyə mindikdən sonra isə Aİ tarifləri Rusiyadan bütün kənd təsərrüfatı məhsullarına tətbiq edilmiş olacaq.
Bildirilib ki, yeni tariflər 2023-cü ildə Rusiyadan idxal edilən bütün kənd təsərrüfatı məhsullarının təxminən 15%-ni təşkil edən mallara tətbiq ediləcək. Gübrələr kimi, yeni tariflər müəyyən azot əsaslı məhsullara da tətbiq ediləcək.