Tuva Respublikasında 3 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Çadan şəhərində fərdi evdə baş verib. Üç uşaqlı ailə fərdi evdə yaşayırmış. Səhər saatlarında zəhərlənmə əlamətləri olan üç nəfərin - valideynlərin və onların 15 yaşlı qızının meyiti tapılıb.
Digər iki uşaq - 11 yaşlı oğlan və bir yetkin qız xəstəxanaya yerləşdirilib. Onlara lazımi yardım göstərilib.
İstintaq orqanları prosessual yoxlama təşkil ediblər. /Lent.az