• Bakı 17° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Tramp Meksika ilə sərhəddə divar tikməyi planlaşdırır

DÜNYA

06 Mart 2025 | 16:43

Tramp Meksika ilə sərhəddə divar tikməyi planlaşdırır

"ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisinin 2029-cu ildə dövlət başçısı kimi ikinci müddətinin sonuna qədər tamamlanacağını gözləyir". 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında çıxışı zamanı ABŞ-nin vitse-prezidenti J.D.Vens deyib.

O, sərhəd mühafizəsinin effektivliyini artıran süni intellektdən istifadə etməklə müxtəlif texnoloji həllərlə tanış olduğunu da açıqlayıb.

"Prezident Donald Tramp ümid edir ki, səlahiyyət müddətinin sonuna qədər biz bütün sərhəd divarını tamamlayacağıq. Biz fiziki strukturdan, sərhəd divarının özündən danışırıq", - deyə Vens qeyd edib.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

14 Mart 2025