• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Krivoy Roqda ölənlərin sayı 19-a çatı - YENİLƏNİB

DÜNYA

05 Aprel 2025 | 15:24 | Müəllif: Subhan Mahmudov

Krivoy Roqda ölənlərin sayı 19-a çatı - YENİLƏNİB

“Ötən gecə Rusiya ordusunun Krivoy Roq şəhərinə təşkil etdiyi dron hücumları zamanı ölənlərin sayı 19-a çatıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısyak deyib.

Onun sözlərinə görə, ölənlərdən 9-u azyaşlıdır. Ümumilikdə isə hücumlar zamanı 68 mülki şəxs yaralanıb ki, onlardan 40-nın hazırda xəstəxana şəraitində müalicəsi aparılır.

Krivoy Roq sakinləri isə ölən uşaqların xatirəsinə ərazidəki oyun meydançasına gül-çiçək və oyuncaqlar gətirirlər.

***

22:10      04.04.2023

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat yayıb.

Hücum nəticəsində 12 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Qeyd edək ki, Rusiya aprelin 2-də də Krivoy Roqa ballistik raket zərbəsi endirib. Zərbə nəticəsində ölənlər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026