• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxardı

DÜNYA

05 Aprel 2025 | 15:29 | Müəllif: Gülşən Şərif

Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxardı

 İran Prezidenti Məsud Pezeşkian parlament məsələləri üzrə köməkçisi Şəhram Dəbirini işdən çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, Pezeşkian bu barədə sərəncam imzalayıb.

Məlumata görə, Dəbiri Novruz tətilini Antarktidada lüks şəraitdə keçirib.

"Möminlərdən nümunə götürməklə fəxr edən bir hökumətdə, xalqa qarşı iqtisadi təzyiqlərin yüksək və məhrumiyyətlərin çox olduğu bir şəraitdə məmurların, hətta şəxsi hesablarına belə bahalı istirahət səfərlərinə getməsi müdafiə oluna və əsaslandırıla bilməz", - Pezeşkian bilsirib.

Qeyd edək ki, daha öncə Ş.Dəbirinin Antarktidaya səfəri ilə bağlı məlumat və görüntülərin paylaşılması vətəndaşların kəskin etirazına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026