• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Aİ Almaniyanı CƏRİMƏLƏDİ

DÜNYA

06 Mart 2025 | 17:35

Aİ Almaniyanı CƏRİMƏLƏDİ

Avropa İttifaqının (Aİ) Ali Məhkəməsi Almaniyanı informasiya ötürənlərin müdafiəsi haqqında qanunvericiliyin vaxtında tətbiq edilməməsinə görə 34 milyon avro cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Məhkəmə prosesi 2023-cü ilin martında Avropa Komissiyasının şikayətindən sonra başlayıb. 2019-cu ilin dekabrında qəbul edilmiş Aİ direktivinə əsasən, 27 üzv ölkənin hamısı 2021-ci ilin sonuna qədər ifşaediciləri işdən çıxarılmaqdan və digər repressiyalardan qoruyan qanunlar tətbiq etməli idi.

Lakin Almaniya müvafiq qanunvericiliyi yalnız 2023-cü ilin iyulunda qəbul edib ki, bu da cəriməyə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026