• Bakı 22° C

    17.82 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Yaponiya Rusiya kəşfiyyat təyyarəsinə görə qırıcıları havaya qaldırıb

DÜNYA

05 Aprel 2025 | 16:53

Yaponiya Rusiya kəşfiyyat təyyarəsinə görə qırıcıları havaya qaldırıb

 Yaponiya Özünümüdafiə Qüvvələrinin qırıcıları ölkənin hava məkanına Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsi daxil olduqdan sonra havaya qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib.

Məlumata görə, ötən gün “İl-20” təyyarəsi Hokkaydo və Honsyu adalarının qərb sahilləri boyunca Yapon dənizi akvatoriyası üzərində uçuş edib.

Bildirilib ki, cavab olaraq Yaponiyanın Özünümüdafiə Hava Qüvvələrinin Şimal Hava Hücumundan Müdafiə qüvvələri və digər qırıcıları havaya qaldırılıb.


SON XƏBƏRLƏR

02 Iyun 2025