• Bakı C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Ailəsi 14 yaşlı qızı təhsildən belə yayındırıbmış - RƏSMİ

CƏMİYYƏT

16 Dekabr 2025 | 20:47

Ailəsi 14 yaşlı qızı təhsildən belə yayındırıbmış - RƏSMİ

Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən 23.01.2023-cü il tarixində hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib.

"Hüquq-mühafizə orqanlarından təhsil müəssisəsinə 13.02.2023-cü il tarixində daxil olan cavab məktubunda qeyd olunub ki, şagird ailəsi ilə birlikdə əvvəlki ünvanda yaşamır və onların paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində məskunlaşdıqları müəyyən edilib.

Qeyd olunan tarixdən sonra isə şagirdin ailəsinin yeni ünvan üzrə hər hansı ümumtəhsil müəssisəsinə və ya müvafiq təhsil idarəsinə rəsmi müraciətinin olmadığı müəyyən edilib. Bu səbəbdən şagirdin təhsilini davam etdirməsinə nəzarəti təmin etmək mümkün olmayıb", - deyə məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR