Sosial şəbəkədə köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyənlər müraciət vaxtının elan olunandan tez bitməsi ilə bağlı iddialar səsləndirilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) verilən məlumata görə, iddia edilən nüans təsdiqini tapmayıb.
"Lakin vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq müraciət tarixi iyulun 9-u saat 12:00-a qədər uzadılıb", - Agentliklərdən bildirilib.
Qeyd edək ki, müraciət tarixi 7 iyul saat 18:00-da yekunlaşıb.