• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Alma yüklü daha bir avtomobildə külli miqdarda narkotik aşkarlandı

CƏMİYYƏT

09 Dekabr 2024 | 11:24

Alma yüklü daha bir avtomobildə külli miqdarda narkotik aşkarlandı

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

    "Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib",- deyə məlumatda bildirilib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025