• Bakı 25° C

    13.59 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Almaniya İsrailə silah tədarükünüdavam etdirəcək

DÜNYA

10 Oktyabr 2024 | 16:18

Almaniya İsrailə silah tədarükünü davam etdirəcək

Almaniya kansleri Olaf Şolz İsrailə silah tədarükünü davam etdirəcəklərini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Şolz 7 oktyabr 2023-cü ildə Qəzzada başlayan hadisələrin birinci ildönümü münasibətilə Federal Parlamentdə keçirilən iclasda iştirak edib.

İclasda Şolz ana müxalifətdəki Xristian Demokratik Birlik Partiyasının sədri Fridrix Merzin Almaniya hökumətinin İsrailə göndəriləcək silah ixracına icazə verməməklə bu ölkəyə kifayət qədər dəstək vermədiyi ilə bağlı açıqlamalarına cavab verib. 

Almaniya hökumətinin İsrailə silah verməmək qərarına gəlmədiyini bildirən Şolz proseslərin davam edəcəyini açıqlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Iyul 2025