“Berlin İsrailin Qəzza zolağında jurnalistlərə qarşı hərbi əməliyyatlarını pisləyir və İsrail hakimiyyəti Əl-Cəzirə və Sahat xəbər portalının əməkdaşlarının öldürülməsi ilə bağlı açıqlama verməlidir.”
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Josef Hinterzeer bildirib.
"Hələlik konkret iş üzrə əz məlumatımız yoxdur. Amma aydındır ki, İsrail hücumun konkret şəxsə qarşı yönəldiyini deyirsə, o zaman ilk növbədə bu prosesdə onun beş həmkarının niyə həlak olması sualına cavab verilməlidir. Bundan əlavə, İsrail həmin şəxsin bir jurnalist kimi müdafiəsini itirməsinə necə haqq qazandıra biləcəyini izah etməlidir", - Hinterzeer deyib.
Qeyd edək ki, bazar ertəsi səhər saatlarında əl-Cəzira İsrailin Qəzza şəhərində əl-Şifa xəstəxanası yaxınlığında jurnalistlərin çadırına endirdiyi zərbə nəticəsində müxbir Ənəs əl-Şərif də daxil olmaqla beş əməkdaşının həlak olduğunu açıqlayıb.
Qəzza rəsmiləri Fələstinin "Sahat" xəbər portalının əməkdaşı Məhəmməd əl-Xalidinin də hadisə zamanı həlak olduğunu bildirib.
Öz növbəsində, İsrail Müdafiə Qüvvələri (IDF) əl-Şərifə zərbə endirilməsi barədə məlumatı təsdiqləyib.