• Bakı 16° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Almaniya Ukraynaya əlavə hərbi texnika göndərib

DÜNYA

27 Noyabr 2022 | 15:01

Almaniya Ukraynaya əlavə hərbi texnika göndərib

Almaniya Ukraynaya 10 ədəd M1070 Oşkoş tank qoşqusu və Sərhəd Xidmətinin mühafizə olunan 53 avtomobilini təhvil verib.

Bakıvaxtı.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bundan əlavə, Ukraynaya göndərilmək üçün daha 14 uzaqdan idarə olunan tırtıllı avtomobil hazırlanır.

Qeyd edək ki, avadanlıqların çatdırılma şərtləri və üsulları açıqlanmır.

Xatırladaq ki, daha əvvəl Almaniya Ukraynaya generatorlar, akkumulyatorlar və qızdırıcılar da daxil olmaqla yeni yardım elan edib.

Bundan əlavə, Almaniya Ukrayna ərzaq məhsullarının Afrika ölkələrinə çatdırılmasını təmin etmək üçün nəzərdə tutulan “Ukraynadan taxıl” təşəbbüsünə daha 15 milyon avro ayıracaq.


SON XƏBƏRLƏR