• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Rusiya Ukraynaya qarşı raket hücumları təşkil edəcək - İDDİA

DÜNYA

27 Dekabr 2022 | 09:30

Rusiya Ukraynaya qarşı raket hücumları təşkil edəcək - İDDİA

Donbas bölgəsində qaynar toqquşmalar davam edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Zelenski gecə saatlarında sosial media hesabında yayımladığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Rusiya ordusunun bu bölgələrdə intensiv hücumlara baxmayaraq irəliləyə bilmədiklərini deyən Ukrayna prezidentin Rusiya qüvvələrinə qarşı döyüşdüyü üçün Ukrayna müdafiə qüvvələrinə təşəkkür edib.

Zelenski bütün ölkədə elektrik enerjisinin kəsilməsinin davam etdiyini və Rusiya qüvvələrinin hücum etdiyi enerji infrastrukturlarının zədələnməsi səbəbindən 9 milyona yaxın insanın işıqsız qaldığını, enerji obyektlərində təmir işlərinin davam etdiyini bildirib.

Rusiya ordusunun yaxın günlərdə ölkəsinə qarşı raket hücumları təşkil edəcəyinə işarə edən Zelenski, havadan müdafiə sistemlərinin hazırlandığını deyərək, hər kəs hazır olmağa çağırıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026