Çində zəlzələ baş verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, yeraltı təkan ölkənin qərbindəki Sıçuan əyalətində qeydə alınıb.
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin verdiyi açıqlamaya görə, 5,6 bal gücündə zəlzələ səhər saatlarında olub. Zəlzələnin episentri vilayətin qərbindəki Qanzi Tibet Muxtar Vilayətinin Ludinq rayonunda olub.
Zəlzələdə insan tələfatı və dağıntılar qeydə alınmasa da, bölgəyə 100-ə yaxın fəlakət xilasedicisi göndərilib.
Murad Məmmədli
















