• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hərbi xidmət müddəti ARTIRILIR

DÜNYA

27 Dekabr 2022 | 14:12

Hərbi xidmət müddəti ARTIRILIR

Tayvan prezidenti Tsai İnq-Ven ölkədə bütün kişilər üçün məcburi hərbi xidmət müddətinin 4 aydan 1 ilə qədər artırıldığını açıqlayıb. Qərar 2024-cü ildə qüvvəyə minəcək.

Bakıvaxtı.az xəbər verir ki, Çinin artan hərbi təzyiqləri qarşısında adada döyüş hazırlığı və mülki müdafiə də daxil olmaqla yeni tədbirlər görülür.

Məcburi hərbi xidmət müddətində ABŞ ordusunun da istifadə etdiyi hədəf təlimi və döyüş hazırlığı keçiriləcək.

Əsgərlər daha güclü silahlardan, o cümlədən Stinger zenit raketlərindən və tank əleyhinə raketlərdən istifadə etmək üçün təlim keçəcəklər.

BBC Türkcədə yer alan xəbərə görə, prezident Tsai İnq-Ven "Kifayət qədər güclü olduğu müddətcə Tayvan bütün dünyada demokratiya və azadlığın simvolu olacaq. Döyüş meydanına çevrilməyəcək" deyib.

Məcburi hərbi xidmət müddətinin uzadılması qərarını qəbul etmələrinin çox çətin olduğunu vurğulayan Tsai İnq-Ven "Biz sülh istəyirik, ancaq özümüzü müdafiə etməyi bacarmalıyıq" deyib.

Tsai deyib ki, mövcud hərbi sistem, xüsusən də dərhal adaya hücuma başlayarsa, Çinlə mübarizə aparmaq üçün kifayət deyil.

Çin bazar günü Tayvan ətrafındakı dənizlərdə və hava məkanında böyük hərbi təlimlərə başlayıb.

Tayvan Müdafiə Nazirliyi təlimə 71 təyyarə və 7 döyüş gəmisinin qatıldığını, silahlı pilotsuz uçuş aparatlarından (SİHA) istifadə edildiyini açıqlamışdı.

Həmçinin 43 Çin döyüş təyyarəsinin iki ölkə arasında faktiki sərhəd sayılan Tayvan boğazının orta xəttini keçdiyi açıqlanıb.

Çin isə bu təlimin ABŞ-ın Tayvana son hərbi yardımına cavab olduğunu açıqlayıb.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026