• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Suriyada 16 İŞİD üzvü saxlanıldı

DÜNYA

26 Yanvar 2023 | 11:36

Suriyada 16 İŞİD üzvü saxlanıldı

Türkiyənin jandarm qüvvələri Suriyanın Əl Bab bölgəsində terror təşkilatı İŞİD-ə qarşı xüsusi əməliyyat keçirilib.

Bakıvaxtı.az  “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, ümumilikdə 16 terrorçu tutulub. İŞİD daxilində “Sözdə Qadi” kimi tanınan və fəaliyyət göstərən terrorçu əməliyyat zamanı yaxalanıb.

Tutulan şəxslərin evlərində aparılan axtarışlar zamanı 2 ədəd “Kalaşnikov” avtomatı, 1 tapança, 1 ov tüfəngi, 85 patron və çoxlu sayda müxtəlif material və sənəd ələ keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026