Fransa Türkiyə ilə həmrəy olmaqda davam edir. Zəlzələ baş verəndən qısa müddət sonra Fransanın axtarış-xilasetmə qrupları yardıma getdi.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Tvitter hesabında yazıb.
“Gölbaşı bölgəsində qurulan mobil səhra hospitallarımızda hər gün yüzlərə insan müayinə edilir. Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da onlarla həmrəy olduğumuzu çatdırdım”, - Makron bildirib.
















