Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı yeni ticarət qadağaları, həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən məhsul və texnologiyalara ixrac nəzarəti və pilotsuz uçuş aparatları (PUA) göndərənlərə əlavə məhdudiyyətlər tətbiq edə biləcək yeni sanksiyaları təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AB-nin dönəm prezidenti İsveçin rəsmi sosial media hesabında məlumat verib.
Məlumatda yeni sanksiya paketinin ikili istifadə və texnologiya məhsullarına daha sərt ixrac məhdudiyyətləri gətirdiyi bildirilib. Buna müharibəni dəstəkləyən, təbliğat aparan və ya müharibədə istifadə olunan PUA-ları Rusiyaya çatdıran şəxslər və təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirlərin də daxil olduğu qeyd edilib. .
Nuranə


jpeg-1677308085.jpeg)













