• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Almaniya və Ukrayna prezidentləri arasında görüş: Bu məsələlər müzakirə olundu..

DÜNYA

11 Iyun 2024 | 14:06

Almaniya və Ukrayna prezidentləri arasında görüş: Bu məsələlər müzakirə olundu..

Almaniyada Federal Prezident Frank-Valter Ştaynmayer və Ukrayna lideri Vladimir Zelenski arasında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz “Telegram” kanalında məlumat verib.

Məlumata görə, görüşdə Ukraynanın təhlükəsizlik vəziyyəti və Rusiyanın Ukrayna enerjisinə hücumları və bütün cəbhə boyu aktiv döyüşlər fonunda mövcud ehtiyyaclar müzakirə edilib.

O, həmçinin bildirib ki , Kiyevin İsveçrədə keçirilən “sülh sammiti”nin nəticələrindən gözləntiləri barədə danışıblar.

Bundan əlavə, onlar Ukrayna və Almaniya şəhərləri və icmaları arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər.

Zelenski Ukraynanın bərpası ilə bağlı hazırkı beynəlxalq konfransa ev sahibliyi etdiyi və təşkil etdiyi üçün Almaniyaya təşəkkür edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024