• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

98 ölkədə "iPhone" sahiblərinə xəbərdarlıq edilib

DÜNYA

11 Iyul 2024 | 12:32 | Müəllif: Gülşən Şərif

98 ölkədə "iPhone" sahiblərinə xəbərdarlıq edilib

"Apple" şirkəti 98 ölkədəki "iPhone" istifadəçilərini haker hücumları barədə xəbərdar edib.

Bakıvaxtı.az "TechCrunch"ə istinadən xəbər verir ki, bu, şirkətin 2024-cü ildə ikinci xəbərdarlığıdır.

Əvvəlki xəbərdarlıq aprel ayında olub və 92 ölkəni əhatə edib.

İstifadəçilərə göndərilən bildirişdə ""Apple" sizin "Apple ID"nizlə əlaqəli "iPhone"u uzaqdan pozmaq üçün nəzərdə tutulmuş məqsədyönlü casusluq hücumunun qurbanı olduğunuzu aşkar etdi" sözləri qeyd olunub.

Xatırladaq ki, şirkət 2021-ci ildən etibarən risk altında olan 150-dən çox ölkədəki istifadəçilərə mütəmadi olaraq oxşar bildirişlər göndərir. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR