• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rəsmi İrəvan: "Konsulluğun nə vaxt açılacağını bilmirik"

DÜNYA

10 Avqust 2024 | 10:33 | Müəllif: Əli Hüseynov

Rəsmi İrəvan: "Konsulluğun nə vaxt açılacağını bilmirik"

Rəsmi İrəvan Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılacağı vaxtı bilmir.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi uyğun sorğuya cavabında bildirib.

Məlumata görə, bu ilin aprelində Ermənistan hökuməti Təbrizdə Baş konsulluğun açılmasına dair qərarı təsdiqləyib. Bundan başqa, baş konsulun əməkhaqqı 2 565 dollar məbləğində, yaxud Ermənistanın Tehrandakı səfirinin aylıq məvacibinin 5/6 hissəsi həcmində müəyyənləşib.

Ermənistan XİN-dən bildirilib ki, hazırda bu diplomatik missiyanın açılması ilə bağlı hazırlıq işləri görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR