"Gender əsaslı zorakılığa son qoyulmalıdır".
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk deyib.
2013-cü ildən Katolik Kilsəsinin 266-cı Papası kimi vəzifəsini icra edən Papa Fransisk paytaxt Port Moresbidən Vanimo şəhərinə köçüb. Vanimoya səfəri zamanı təxminən 20 min nəfərlik izdiham tərəfindən qarşılanan Papa xalqa müraciət edib.
Müraciətində gender əsaslı zorakılıq da daxil olmaqla, hər cür zorakılığa son qoyulması çağırışı edən Papa, xəyanət, sui-istifadə, zərərli maddə istifadəsi kimi mövzulara toxunub.
Qeyd edək ki, Papa Fransisk sentyabrın 2-də 45-ci xarici səfəri çərçivəsində 12 günlük ən uzun xarici səfərinə çıxıb. Roma Papasının Cənub-Şərqi Asiya turuna İndoneziya, Papua Yeni Qvineya, Şərqi Timor və Sinqapur daxildir.
Gülşən Şərif