• Bakı 20° C

    7.44 m/s

Braziliyada “X”ə qoyulmuş məhdudiyyət ləğv edilib

DÜNYA

09 Oktyabr 2024 | 09:15

Braziliyada “X”ə qoyulmuş məhdudiyyət ləğv edilib

Braziliyanın Federal Ali Məhkəməsi “X” sosial şəbəkəsinin ölkədə fəaliyyətini bərpa edə biləcəyinə qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məhkəmənin bəyanatına istinadən məlumat yayıb.

Sənədə əsasən, bu qərar mesencerin əvvəllər çıxarılmış məhkəmə qərarlarını yerinə yetirməyə başlaması ilə əlaqədar qəbul edilib.

Qərar dərhal qüvvəyə minir.

“X”in Braziliyadakı nümayəndəliyinin dərhal geri qaytarılması üçün bütün zəruri tələblər sənədlərlə təsdiqlənib”, – agentlik hakim “Aleşandri di Moraysdan sitat gətirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026