• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İlon Maskın Marsa uçuşları start götürür

DÜNYA

09 Sentyabr 2024 | 09:19 | Müəllif: Əli Hüseynov

İlon Maskın Marsa uçuşları start götürür

"SpaceX"-in baş direktoru İlon Mask "Starship" raketinin 2026-cı ildə Marsa uçuşlara başlayacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial media platformasına məlumat yayıb.

Mask qeyd edib ki,  ilk buraxılışlar ekipajsız olacaq. Bununla da Marsa təhlükəsiz eniş sınaqdan keçiriləcək.

Həmçinin "SpaceX"-in rəhbəri bildirib ki, enişlər uğurlu olarsa, insanların Marsa uçuşları dörd il ərzində başlaya bilər.

Əli Hüseynov

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026