• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Tokayev Azərbaycan və Ermənistanın sülh prosesi üzrə atdığı addımları alqışlayıb

DÜNYA

08 Oktyabr 2024 | 20:53

Tokayev Azərbaycan və Ermənistanın sülh prosesi üzrə atdığı addımları alqışlayıb

Qazaxıstan Azərbaycan və Ermənistanın dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına aparan qarşılıqlı addımlarını alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB dövlət başçılarının dar tərkibdə Moskvada keçirilən sammitində deyib.

“Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş qarşılıqlı addımlarını alqışlayır. Biz həmçinin Mərkəzi Asiya regionunda dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa çatdırılmasında əhəmiyyətli irəliləyişləri də məmnunluqla qeyd edirik”, - o bildirib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov son bir ildə birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində mühüm irəliləyişlər əldə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə bu prosesi irəli aparmağa davam edəcək.


SON XƏBƏRLƏR

08 Oktyabr 2024