• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

"TEKNOFEST" gələn il Şimali Kiprdə keçiriləcək

DÜNYA

08 Oktyabr 2024 | 20:36

TEKNOFEST gələn il Şimali Kiprdə keçiriləcək

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST” festivalının bu ölkədə keçirilməsi qərarını alqışlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Kipr türklərinin liderinin bildirdiyinə görə, “TEKNOFEST-2025” ŞKTC Prezidenti Administrasiyasının hamiliyi və Türkiyənin T3 Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Tatar populyar hadisənin ŞKTC-də təşkil edilməsi təşəbbüsünə görə “TEKNOFEST”in İdarə heyətinin sədri Selçuk Bayraktara minnətdarlığını bildirib.

Siyasətçi “TEKNOFEST”i texnologiyalar və müdafiə kompleksinin inkişafı üçün mühüm təkan adlandırıb.

Qeyd edək ki, bu günlərdə Adanada keçirilmiş “TEKNOFEST-2024” festivalını 1,1 milyon Türkiyə sakini və ölkəyə gələn qonaqlar ziyarət ediblər.

Festivalın platformasında, həmçinin Azərbaycan şirkətlərinin işləri də nümayiş olunub, qaliblər sırasında isə ölkəmizi təmsil edən bir neçə gənclər komandası yer alıb.


SON XƏBƏRLƏR

20 Dekabr 2024