Çanaqqala boğazında texnikası xarab olan yük gəmisi qəzalı durumla üzləşib.
Bakıvaxtı.az bu barədə türk mediasına istinadla xəbər verir.
Bildirilib ki, Mersindən Rusiyaya üzən "SORMOVSKIY-3063" adlı 119 metr uzunluğunda ümumi yük gəmisində nasazlıq yaşanıb.
Kapitanın xəbərdarlığı ilə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin “TÜRKELİ” və “KURTARMA-13” xilasetmə gəmiləri hadisə yerinə yönəldilib.
Gəmi idarənin əməkdaşları tərəfindən koordinasiya edilib, sahildə lövbər salıb.
Hadisə nəticəsində maddi və insan tələfatı halı yaşanmayıb.
Əli Hüseynov



jpg-1728450940.webp)












