• Bakı 20° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

"Rusiyaya raket və dronlar veririk" - İranlı deputatdan ETİRAF

DÜNYA

09 Sentyabr 2024 | 10:01

Rusiyaya raket və dronlar veririk - İranlı deputatdan ETİRAF

İran parlamentinin deputatı ölkəsinin Rusiyaya silah verdiyini etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, İran parlamentinin təhlükəsizlik və xarici əlaqələr komitəsinin üzvü Əhməd Bəkşaiş Ərdəstani “Didban Iran” nəşrinə müsahibəsində raketlərin tədarükü barədə danışıb.

O deyib ki, İran soya və buğda müqabilində Rusiyaya pilotsuz uçuş aparatları (PUA) və raketlər verir. Rəsmi Tehran Rusiyaya ballistik raketlər verdiyini inkar edir.

"İran Rusiyaya iqtisadi və siyasi əməkdaşlığın bir hissəsi kimi pilotsuz uçuş aparatları və raketlər ixrac edir. Rusiya da öz növbəsində sanksiyalardan yan keçmək üçün İranla əməkdaşlıq edir", - Ərdəstani deyib.

O, İranın Rusiyadan müxtəlif çeşidli məhsullar idxal etdiyini deyib:

“Biz ehtiyaclarımızı ödəmək üçün soya və buğda idxalını həll etməliyik. Bu ticarətin bir hissəsi raketlərin göndərilməsini, digər hissəsi isə Rusiyaya hərbi PUA-ların göndərilməsini əhatə edir”, - deyə İran deputatı əlavə edib.

O, İranın sanksiyalar altında idxaldan pul qazanmaq üçün imkanlar tapması lazım olduğunu müdafiə edib.

Qeyd edək ki, ötən həftə Qərb mediası Amerika mənbələrinə istinadən İranın “Fath-360” qısa mənzilli ballistik raketlərinin artıq Rusiyaya çatdırıldığını bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi bu xəbərlərdən “dərin narahatlığını” ifadə edib və beynəlxalq ictimaiyyəti “beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün Tehran və Moskvaya təzyiqi artırmağa” çağırıb.

Qeyd edək ki, "Fath-360" raketi 120 km-ə qədər uçuş məsafəsinə və 150 kq ağırlığında döyüş başlığına malikdir. Raket peyk naviqasiyasından istifadə etməklə idarə olunur.Modern.az


SON XƏBƏRLƏR