• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsrail müharibəni sonlandırmaq üçün siyasi iradə nümayiş etdirmir - Misir

DÜNYA

10 Avqust 2024 | 11:28

İsrail müharibəni sonlandırmaq üçün siyasi iradə nümayiş etdirmir - Misir

Misir İsrailin Qəzzada müharibəni sonlandırmaq üçün siyasi iradə nümayiş etdirmədiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

    "İsrailin silahsız fələstinliləri qəsdən öldürməsi Qəzzada müharibəyə son qoymaq üçün siyasi iradəsinin olmadığını göstərir", - bəyanatda qeyd olunub.

    Misir Xarici İşlər Nazirliyinin bu bəyanatı İsrailin Qəzzada köçkünlərin sığındığı məktəbə endirdiyi zərbədən sonra verilib.

    Fələstinin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, bu zərbə nəticəsində 100-dən çox fələstinli həlak olub və onlarla fələstinli yaralanıb. İsrail ordusu isə HAMAS-ın komanda mərkəzini vurduğunu bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026