• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

“Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası” buraxılmalıdır - Simonyan

DÜNYA

09 Sentyabr 2024 | 11:05

“Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası” buraxılmalıdır - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılması lazımdır, çünki artıq “ikinci tərəfin səlahiyyəti” yoxdur.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Alen Simonyan bu barədə parlamentin sessiyası zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın “üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmadığına” dair suala cavabında bildirib.

Bununla yanaşı, Ermənistan parlamentinin sədri üçün artıq “Dağlıq Qarabağın vəzifəli şəxsləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini yoxdur və o, bir hüquqşünas kimi hesab edir ki, sözügedən formatın ləğvi məsələsini ciddi şəkildə müzakirə etmək lazımdır.


SON XƏBƏRLƏR

20 Dekabr 2024